“Çindən Azərbaycana gələnlər təcrid olunur və Kliniki Tibbi Mərkəzdə (KTM) yoxlanılır. KTM-ə belə müraciətlər olub”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, hazırda KTM-də bir nəfər cinli karantinə alınıb: "Həmin şəxs Çin vətəndaşıdır, burada tələbədir. O, müayinə olunacaq, 14 gün ərzində mərkəzdə nəzarətdə saxlanılacaq. Müayinədən sonra qərar qəbul olunacaq və buraxılacaq”.