|
|
|
|
Rumıniya parlamenti hökumətinə etimadsızlıq votumu elan edib.
AZƏRTAC xəbər verir ki, parlamentin qərarını deputat Lia Olqutsa Vasilesku oxuyub.
Gizli keçirilən səsvermədə 465 deputatdan 319-u iştirak edib. Votumun qəbul edilməsinin lehinə isə 261 deputat səs verib. Deputatlar Palatasının sədri İon-Marçel Çolaku hazırkı Lüdovik Orban hökumətinin yeni kabinet müəyyənləşənədək vəzifəsini yerinə yetirəcəyini bildirib.