|
|
|
|
Dekabrın 5-dən 10-dək "Nizami" Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və Mərkəzin birgə təşkilatçılığı ilə Rusiya filmləri həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar Bakıya səfər edəcək qonşu ölkənin nümayəndə heyətinin tərkibinə Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli filmlər rejissoru İqor Qriqoryev, teatr və kino aktyoru Mariya Semyonova və "Fest-film" studiyasının baş direktoru İrina Korçagina daxildir. Dekabrın 5-də Nizami Kino Mərkəzinin mətbuat klubunda nümayəndə heyətinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Film həftəsi dekabrın 5-də rejissor Andrey Malyukovun "Matç" ("Matç") filminin nümayişi ilə başlanacaq. Növbəti günlərdə isə proqrama uyğun olaraq "Mən yanında olacağam", "Şpion", "İki gün", "Kino ərazisində müharibə", "Metro", "Ku! Kin-dza-dza" filmləri nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.
S.ABDULLAYEVA



