- O zamanlar biz özümüzü birlikdə “media” hesab edirdik, indi ayrı-ayrılıqda “kütləvi informasiya vasitəsi”.
- ... İndiyədək üç böyük şəxsiyyətin rəhbərliyi altında işləmişəm: Nəcəf Nəcəfov, Aydın Məmmədov, Əbülfəz Elçibəy.
- “Gün-səhər” yeganə qəzet idi ki, öz Peşə kodeksi, ombudsmanı, hüquqşünası var idi.
- Həmin addımına görə sonra redaksiya özü Elxan Salahovu məbləğin yarısı həcmində mükafatlandırdı.
- Sağlam mənəvi dayaqlara, ideallara söykənən peşə ömürçürüdən ola bilməz.
- İstənilən şəraitdə sevdiyim, bacardığım işlə məşğul olmağa imkan tapıram.
- İndiyə qədər bəşəriyyət nə qədər epidemiya, fəlakət görüb...
- Səfərlərdə özümü sərbəst hiss edirəm, evə dönən kimi gərginləşirəm.
- Hamıya aid etdiyin prinsipləri özünə də tətbiq etməlisən.
- ... İnternet məhsulları jurnalist araşdırmalarını əvəz edə bilməz...
- ... Kitabı kinodan çox sevirəm, teatrı isə hamısından artıq.
Bu sitatlar tanınmış jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin “525-ci qəzet”ə verdiyi müsahibədəndir. Jurnalistika, həyata keçirtdiyi layihələr, keçmişə dair xatirələr, son günlərdə baş verən pandemiya hadisələri və bir sıra başqa mövzuları əhatə edən geniş və maraqlı müsahibəni sabah “525-ci qəzet”də və 525.az saytında oxuya bilərsiniz.
İzləməyi unutmayın!