|
|
|
|
İran Prezidenti Həsən Ruhani Ağ Evi tənqid edib.
APA-nın Tehran bürosunun məlumatına görə, H. Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, hazırda ABŞ-da ən pis hökumət iş başındadır.
“Ağ Evin bu qədər rəhimsiz, bu qədər gücsüz olduğunu xatırlamıram. Bir ABŞ Dövlət katibinə baxın, elə bil siyasətin əlifbasını bilmir”, - deyə İran Prezidenti vurğulayıb.
H. Ruhani İranın tibb işçilərinə təşəkkür edib. O qeyd edib ki, İran hazırda tarixin ən ağır dövrünü yaşayır: “Lakin xalqımız mətanətli halda öz sakit həyatını yaşayır. Bu sakit yaşayış çox önəmlidir”.