
Bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan 2013-2018: yeni hədəflərə doğru” adlı konfrans keçirilir.
APA-nın məlumatına görə, YAP sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən konfransda hökumət üzvləri, dövlət rəsmiləri, deputatlar və partiya fəalları iştirak edirlər.
Konfransda maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov və baş nazirin müavini Yaqub Eyyubov məruzə ilə çıxış edəcəklər.



