Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür.
Qeyd edək ki, media qurumları arasında keçirilən sorğuya əsasən bu il Azərbaycanın dövlət başçısı ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Noyabrın 24-də isə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi keçirirlib.
Ad günü münasibəti ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevi təbrik edir, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin mükafatın təqdimolunma mərasimindəki çıxışının lent yazısını oxuculara təqdim edirik.