“Son günlər ölkədə insanlar arasında yayılmış qrip xəstəliyi mövsümü xarakter daşıyır”.
Bunu Lent.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti,
Səhiyyə Nazirliyinin Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Namiq Əliyev bildirib. Onun sözlərinə görə, son günlər yayılmış adıçəkilən xəstəlik təhlükəli hesab olunmur:
“Bu qripin müalicəsi mümkündür və müalicə vaxtında həyata keçirilməlidir”. Baş infeksionist onu da bildirib ki, qriplə bağlı epidemiya halı müşahidə edilmir.