Yay tətili sindromu - Əbülfəz Süleymanlı yazır
Numan Kurtulmuş Azərbaycana gəlir
Sağlamlıq imkanları məhdud uşaqlar üçün peşə təhsili imkanları
Meduzanın saçları
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
22 İyun 2026
15:00
Livan İsraillə atəşkəsə nəzarət edəcək qurumun yaradılmasını dəstəkləyir
14:54
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
14:48
Yay tətili sindromu -
Əbülfəz Süleymanlı yazır
14:42
Gümrüdən Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalada eniş edib
14:36
UN-Habitatın icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə
təşəkkür edib
14:31
Azərbaycanlı alpinistlər İtaliyanın Dolomit dağlarında Monte Paterno zirvəsinə qalxıblar
14:25
Pakistanın Baş naziri İran-ABŞ danışıqlarını müsbət adlandırıb
14:19
Mozambikin spikeri Azərbaycanda səfərdədir
14:13
Sabah Goranboy və Samuxun bəzi ərazilərində qaz kəsiləcək
14:07
Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub -
YENİLƏNİB-1
14:00
"Biz onları cəmiyyətdən, real həyatdan təcrid edirik" -
Mütəxəssis rəyi
13:51
"İstənilən vaxt belə bir addım atıla bilər" -
Rəy
13:43
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
13:33
Sərdar Berdiməhəmmədov Ümumilli Lider Heydər Əliyevin məzarını
ziyarət edib
13:25
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
13:17
“Bu, nağdsız alış-verişlərin həcminin azalmasına gətirib çıxara bilər” -
Mütəxəssis
13:00
“Son illərdə birinci sinfə qəbul olunan şagirdlərin sayında azalma var” -
Təhsil eksperti
12:56
Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun günü keçirilib
12:51
Sabahın hava proqnozu açıqlanıb
12:48
Gənclər Kitabxanasında Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlanıb
12:30
Bakıda müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb
12:21
Numan Kurtulmuş Azərbaycana gəlir
12:15
Ukraynalı qaçqınlar məskunlaşdıqları hoteldən çıxarılır
12:10
Bu il 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
12:07
Hindistan səfirliyi Beynəlxalq Yoqa Gününü xüsusi yoqa sessiyası ilə qeyd edib
11:58
Samuxda III Ərik Festivalı keçirilib
11:56
Sosial yardımlar iyunun 24-dən gec olmayaraq ödəniləcək
11:43
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib
11:37
Azad edilmiş ərazilərdə daha 113 mina, 514 PHS aşkarlanıb
11:34
ABŞ və Yaponiya birgə hərbi təlim keçirir
11:30
"İş qrafiki, məktəblərdə tənzimləyici tədbirlərin görülməsi əlavə tədbirlər kimi nəzərdə tutulub" -
Liqa sədri
11:29
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
11:26
Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib
11:17
Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədovla təkbətək görüşü olub
11:12
Beş ayda 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
11:07
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
11:00
"Ölkəyə gətirilən qızılın qiyməti dünya bazarındakı kotirovkalar əsasında müəyyənləşir" -
İqtisadçı
10:54
"Qarabağ" Avstriyaya yollandı
10:46
NİİM piyadalara müraciət edib
10:27
ABŞ-də təyyarə qəzası
10:20
Ağcabədi Pedaqoji Kollecinə direktor təyin olunub
10:11
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
10:06
Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
10:00
Suraxanıda avtomobil və evlərdən oğurluq edən şəxs saxlanılıb
09:55
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
09:43
Ötən həftə 593 yanğına çıxış olub, 42 nəfər xilas edilib
09:38
Pirəkəşkül yaxınlığında istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
09:28
Nyu-York birjasında təbii qaz bahalaşıb
09:16
Dünya bazarlarında neftin ucuzlaşması davam edir
09:04
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
09:00
FHN küləkli hava şəraitiv ilə əlaqədar vətəndaşlara müraciət edib
00:32
Qəzzada son sutkada
9 nəfər ölüb, 41 nəfər yaralanıb
00:17
Londonda yanğında 3 nəfər həlak olub
00:01
Almaniyada qatar qəzası -
2 vaqon körpüdən aşıb
21 İyun 2026
12:06
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
12:00
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilib
11:48
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
11:39
Azərbaycan tarixşünaslığının banisi:
Abbasqulu ağa Bakıxanov
11:23
Mikayıl Abdullayevin sənət dünyası “Uzaq yolların işığı”nda
11:12
Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir -
FAKTİKİ HAVA
10:51
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada elmi və mədəni ictimaiyyətə təqdim olunur
10:04
Yaponiya Tunisi darmadağın etdi -
DÇ-2026
09:45
Bu gün rezidenturaya qəbul imtahanının birinci
mərhələsi keçiriləcək
09:37
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
09:30
Bu gün şagird və abituriyentlər Azərbaycan dilindən ikinci cəhd
imtahan verəcəklər
20 İyun 2026
22:19
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu
22:14
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
21:27
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
20:37
"Qarabağ" "Zirə"yə qalib gəldi
20:10
“Neftçi” onunla müqaviləni yenilədi
Son xəbərlərin davamı »
Zəngimi gözlə
(Əli İldırımoğlunun hekayəsi)
Ədəbiyyat
Oxunub:
1183
dəfə
a
-
A
+
13.01.14 18:06
Əli
İLDIRIMOĞLU
Axır
vaxtlar
Ağamuradın
işi
elə
bil
tilsimə
düşmüşdü
.
Balaca
bir
vəzifə
tapıb
,
uşaqlarına
çörək
pulu
qazanmaq
üçün
açmadığı
qapı
,
yazmadığı
yer
qalmamışdı
.
Kim
idi
onun
ağzına
qurut
verən
?
İşsizliyin
də
ki
,
üzü
qara
olsun
!
Xeyli
vaxtdır
,
əli
gətirmirdi
.
Kişi
xəcalətindən
arvad
-
uşağın
da
üzünə
dik
baxa
bilmirdi
.
Odur
ki
,
sübh
tezdən
evdən
baş
alıb
gedir
,
səhərdən
axşamacan
orda
-
burda
veyllənir
,
günün
qulağı
batanda
yorğun
-
arğın
geri
dönürdü
.
Elə
ki
,
dost
-
tanışların
biri
ilə
rastlaşdı
,
qırsaqqız
olub
yapışırdı
yaxasından
.
Sinəsini
boşaltmamış
əl
çəkmirdi
.
Yana
-
yana
deyirdi
ki
,
bu
zəmanədə
ki
babat
vəzifən
olmadı
,
yıxıl
öl
!
Yoxsa
kimdir
səni
saya
salan
?
Allahın
o
quruca
salamını
da
vermirlər
.
Vaxt
-
bivaxt
cingildəyib
baş
-
qulağımızı
dəng
eləyən
tısbağa
fasonlu
,
yastıyapalaq
telefon
da
elə
bil
adamdan
üz
döndərir
.
Gündə
bir
-
iki
dəfə
ya
cingildəyə
,
ya
cingildəməyə
...
Qabaqlar
Ağamuradın
qaraltısını
görəndə
: –
Papulya
gəldi
, –
deyib
hay
-
harayla
atalarının
qabağına
yüyürən
doğma
balaları
da
getdikcə
ondan
soyuyurdular
.
Ağamurad
toy
məclislərində
və
ya
bir
qonaqlıqda
qədəh
qaldıranda
arada
zarafata
salıb
:
–
Allah
-
taala
adamın
ömründən
kəsib
vəzifəsinə
calasın
, –
deyirdi
. –
İçək
vəzifənin
sağlığına
!
Bu
sözə
bəziləri
pıqqıldayıb
gülürdü
.
Və
məclisdəkilər
bir
-
birinin
qulağına
əyilib
xısın
-
xısın
deyirdilər
ki
,
axır
vaxtlar
Ağamuradın
başı
xarab
olub
,
lap
uşaq
sözü
danışır
.
Ağamuradın
evdə
eyni
açılmırdı
.
Məlul
-
müşkül
bir
küncə
çəkilib
,
papirosuna
dəm
verib
,
otaqları
tüstü
-
dumana
bürüyürdü
.
Həyat
yoldaşı
Hüsniyyə
xanım
ərinin
bu
xasiyyətinin
üstündə
hərdən
onu
məzəmmət
eləyirdi
:
–
A
kişi
,
qaşqabağını
az
tök
,
dünyanın
bac
-
xəracını
səndən
almırlar
ha
!
Təki
ölüm
-
itim
olmasın
!
Vəzifədir
,
verərlər
ta
yaxşı
,
verməzlər
,
belə
canın
sağ
olsun
!
Allah
uşaqları
saxlasın
!
Yəni
vəzifəsi
olmayanlar
acından
ölür
?!
Özünə
fikir
ver
!
De
!
Gül
!
Bu
sözləri
elə
bil
daşa
deyirdin
.
Əzizi
ölübmüş
kimi
,
Ağamuradın
qırışığı
heç
açılmırdı
.
lll
Ondan
çıxmayan
iş
!
Gündüzlər
hələm
-
hələm
ev
-
eşiyə
yovuşmayan
Ağamurad
cümə
günü
,
günorta
çağı
həyət
darvazasını
şəstlə
açıb
şən
əhval
-
ruhiyyə
ilə
içəri
daxil
oldu
.
Hüsniyyə
ona
baxıb
–
görəsən
gün
hardan
doğub
?
Kişinin
elə
bil
çiçəyi
çırtlayıb
–
təəccüblə
öz
-
özünə
düşündü
.
Ağamurad
şad
xəbər
gətiribmiş
kimi
Hüsniyyənin
qolundan
yapışıb
özü
ilə
birlikdə
orta
otağa
keçdi
.
Köhnə
stulların
birini
ayağının
altına
qoyub
,
dizləri
əsə
-
əsə
yuxarı
qalxdı
.
Divardan
asılmış
vinetkanı
ehtiyatla
aşağı
endirdi
.
Ağamurad
cib
dəsmalını
çıxarıb
,
neçə
il
bundan
qabaq
divardan
asılıb
,
unudulmuş
və
saralıb
-
solmuş
vinetkanın
tozunu
dönə
-
dönə
sildikdən
sonra
şəhadət
barmağını
axır
cərgədəki
şəklin
üstünə
qoyaraq
:
–
Bunu
tanıyırsan
?! –
deyə
vəcdlə
Hüsniyyədən
soruşdu
.
Hüsniyyə
:
–
Yox
,
tanımıram
, –
deyib
dodağını
büzdü
.
Və
ətrafına
sürmə
çəkilmiş
oynaq
gözlərini
qıyıb
həmin
şəklin
altında
yazılmış
sözləri
hecalamağa
başladı
:
–
Ta
-
hir
-
za
-
də
.
T
...
P
...
Ağamurad
həyat
yoldaşının
dodağında
pıçıltı
ilə
deyilən
T
-
ı
,
P
-
ını
aydınlaşdıraraq
:
–
Tahirzadə
Tacəddin
Paşa
oğludu
, –
dedi
. –
Beş
il
bir
skamyada
oturmuşuq
.
Əlimizə
bir
qismət
çörək
düşəndə
,
yarısını
Tacəddin
yeyib
,
yarısını
mən
.
Hüsniyyə
tərəddüdlə
çiynini
çəkib
və
:
–
Noolsun
?..
Birdən
-
birə
o
hardan
yadına
düşdü
? –
Çaş
halda
soruşdu
.
Ağamurad
fəxrlə
:
–
Bu
gün
Tacəddini
rayonumuza
katib
qoydular
.
Özü
də
birinci
katib
.
Bundan
artıq
nə
olsun
ki
?..
Onu
mənim
Allahım
hərləyib
-
fırlayıb
bura
gətirib
.
İndi
başa
düşdün
? –
deyib
sevincindən
Hüsniyyənin
o
üzündən
,
bu
üzündən
öpdü
.
Sonra
özünü
yığışdırıb
təmkinli
görkəm
aldı
və
vinetkaya
diqqətlə
nəzər
salaraq
: –
Ey
fani
dünya
! –
dedi
. –
Yatsam
,
yuxuma
girməzdi
ki
,
Tacəddin
bizim
rayona
başçı
gələr
.
Sən
bir
çərxi
-
fələyin
işinə
bax
ee
!!
Mən
institutu
fərqlənmə
diplomu
ilə
qurtardım
,
o
isə
sürünə
-
sürünə
...
pul
gücünə
,
telefon
zəngləri
hesabına
güc
-
bəla
ilə
üç
alırdı
...
Hüsniyyə
yanıqlı
ah
çəkdi
:
–
Yaxşı
və
ya
pis
oxumağınan
deyil
ha
,
adamın
gərək
bəxti
gətirə
...
Ağamurad
:
–
İnstitutu
birtəhər
qurtarmasına
baxmayaraq
,
çox
diribaş
adamdır
.
Onda
bir
dil
var
ki
,
gəl
görəsən
,
ilanı
yuvasından
çıxardar
.
Dəyirmanın
boğazından
ölü
sal
,
diri
çıxar
.
Elə
ona
halaldır
.
Hüsniyyə
həyat
yoldaşını
danladı
:
–
Bax
,
elə
səni
geri
salan
o
dilindir
!
Dinc
qoya
bilmirsən
.
Nəyinə
lazımdır
o
institutda
necə
oxuyub
,
nə
xasiyyətin
sahibidir
.
İstəməyənlərin
biri
aparıb
qoyar
ovcuna
.
Neçə
aydır
bekar
-
behdin
idarələrlə
evin
arasında
yol
ölçürsən
.
Allah
üzümüzə
baxıb
,
tələbə
yoldaşın
gəlib
olub
rayonumuzun
böyüyü
.
Hər
şeyin
təzəsi
,
dostun
köhnəsi
.
Necə
olsa
,
tələbəçilikdəki
haqq
-
salamı
unutmaz
.
Saa
dolanışıqlı
bir
vəzifə
...
Ağamurad
həyat
yoldaşının
iradı
qarşısında
özünü
sındırmasa
da
,
bir
balaca
qızardı
və
zarafata
salaraq
:
–
Sən
də
boş
-
boş
danışma
–
dedi
. –
Nə
danışdığımı
özüm
yaxşı
bilirəm
!
Onnan
mənim
aramdan
su
da
keçmirdi
.
Sabah
yanına
gedərəm
,
onda
bilərsən
.
Hüsniyyə
xanım
ona
etiraz
etdi
:
–
Hələ
tezdir
,
qoy
kişi
yerini
isitsin
,
sonra
.
Sabah
getsən
,
üzünə
vurmasa
da
,
ürəyində
deyər
ki
,
məscid
tikilməmiş
kor
əsasını
dayadı
.
...
Aradan
iki
gün
keçdi
.
Üçüncü
gün
Ağamurad
qıs
-
qıvraq
geyinib
iş
vaxtının
başlanmasına
bir
neçə
dəqiqə
qalmış
kəsdirdi
Tahirzadənin
kabinetinin
qapısını
.
Tahirzadə
səhər
-
səhər
gözləmə
otağından
keçib
,
kabinetə
daxil
olmaq
istəyəndə
gözü
Ağamurada
sataşdı
.
Ağamurad
ayağa
qalxanda
onların
baxışları
rastlaşdı
.
Hər
ikisinin
qəlbində
köhnə
xatirələr
baş
qaldırdı
.
Qucaqlaşıb
öpüşdülər
.
Tahirzadə
bir
addım
geri
çəkilib
onu
başdan
-
ayağa
süzərək
,
ərklə
və
həm
də
vəzifəsinə
xas
olan
əda
ilə
:
–
Yaxşı
,
burda
niyə
oturmusan
,
keç
içəri
!
Hər
ikisi
kabinetə
daxil
oldu
.
Tahirzadə
arxadakı
istirahət
otağında
papağını
çıxardıb
,
gur
saçlarına
daraq
çəkə
-
çəkə
kabinetinə
keçib
stolunda
əyləşdi
və
:
–
Ay
Ağamurad
,
Ağamurad
! –
dedi
. –
Gör
biz
haçandan
görüşmürük
e
?
İllər
necə
də
tez
gəlib
keçir
?!
Saç
-
saqqalı
da
yaman
ağartmısan
?!
Yəqin
külfət
basıb
?!
İşin
-
gücün
necədir
?!
Ağamurad
qımışıb
əllərini
dizlərinin
arasında
ovuşdura
-
ovuşdura
:
–
Sağ
olmuş
,
nə
işim
var
,
nə
də
ki
sən
görən
gücüm
. –
İncikli
cavab
verdi
.
–
Bu
nə
sözdür
?
Bəs
bir
yerdə
işləmirsən
?
Ağamurad
əvvəlcə
tutuldu
,
sonra
qəddini
düzəldib
udquna
-
udquna
:
–
İşləməyə
qoyurlar
ki
?!
Neçə
ildir
rayon
kənd
təsərrüfatı
idarəsində
baş
zootexnik
işləyirdim
.
Çıxardıb
atıblar
bayıra
,
yarım
ildən
də
çoxdur
ki
,
bekaram
.
Kimə
də
ağız
açıram
...
Tahirzadə
hökmran
,
həm
də
mərhəm
görkəm
alaraq
:
–
Qələt
eləyib
çıxardıblar
!
İndi
biz
də
qaytararıq
yerinə
, –
deyib
əl
atdı
telefona
.
Sonra
nə
fikirləşdisə
: –
Yaxşı
,
Ağamurad
,
gəl
belə
danışaq
.
Mən
də
bu
işdə
təzəyəm
,
vəziyyətlə
də
tanış
deyiləm
.
Sizə
bir
həftə
möhlət
verirəm
.
Evdə
yaxşı
-
yaxşı
fikirləş
.
Arvad
-
uşaqla
da
ağıllı
-
başlı
məsləhətləş
.
Sonra
gələrsən
yanıma
.
Barmağını
hansı
vəzifənin
üstünə
qoysan
... –
O
,
qaşlarının
birini
yuxarı
dartaraq
:
–
De
görüm
,
rayon
sovetinin
deputatısan
?-
soruşdu
.
–
Xeyr
,
deputat
deyiləm
. –
Ağamurad
cavab
verdi
.
Tahirzadə
təəssüflə
başını
bulayıb
öz
-
özünə
vaysındı
:
–
Ay
dadi
-
bidad
,
necə
girəvəsiydi
! –
dedi
. –
Əgər
deputat
olsaydın
,
çalmışdın
.
İspolkom
sədrinin
dalından
dəymək
istəyirəm
,
səni
elə
günü
sabahdan
onun
yerində
oturdardım
.
lll
Ağamurad
tələbəlik
dostunun
kabinetini
tərk
edəndə
kefi
doxsan
doqquza
qalxmışdı
.
Bayaq
könülsüz
-
könülsüz
qalxdığı
daş
pilləkənləri
,
indi
qoşa
-
qoşa
addımlayırdı
.
O
,
evə
çatanda
,
Hüsniyyə
xanım
həyəcanla
soruşdu
:
–
De
görüm
nə
oldu
?!
Səni
necə
qarşıladı
?!
–
Belə
ürəyin
istəyən
kimi
! –
Ağamurad
vəcdlə
cavab
verdi
–
heç
ondan
gözləməzdim
.
Mənə
bir
üz
göstərdi
ki
,
gəl
görəsən
,
xəcalətimdən
bilmədim
nə
eləyim
?
Çox
istiqanlı
adamdır
!
Halal
olsun
!
Tələbəçilikdə
azca
həlləm
-
qəlləmliyi
var
idi
,
amma
indi
yumşalıb
,
elə
bil
həmin
Tacəddin
deyil
.
Özünü
elə
səmimi
,
ağıllı
-
kamallı
aparır
ki
,
adam
məəttəl
qalır
.
Bax
,
əsl
rayon
başçısı
belə
olar
!
Mən
deyərdim
ki
,
ona
bu
vəzifə
də
azdır
.
Kişinin
oğlu
o
qədər
yetkinləşib
ki
,
respublikanı
da
versən
,
aparar
.
Kəsdiyimiz
çörək
ona
halal
olsun
.
Prosto
Tacəddinə
vuruldum
.
Hüsniyyə
xanım
xeyli
şad
oldu
.
Və
üzünü
göyə
tutaraq
:
–
Şükür
tanrının
dərgahına
–
dedi
və
əlavə
etdi
: –
Gördün
,
Ağamurad
,
maa
inanmırdın
!
Neçə
dəfə
dedim
ki
,
a
kişi
,
səbrin
olsun
,
əlini
də
o
göydəkinin
ətəyindən
üzmə
.
Mıxı
mismar
eləyən
var
.
Su
gəldiyi
arxdan
bir
də
gələr
.
Amma
sən
o
qədər
dar
hövsələsən
ki
,
fikrindən
büzüşüb
acı
almaya
dönmüşdün
.
Bizim
də
yediyimizi
-
içdiyimizi
zəhrimara
döndərmişdin
.
İndi
gördün
ki
?!
Axşam
əl
-
ayaq
yığışandan
sonra
ər
-
arvad
üzbəüz
əyləşib
məsləhət
-
məşvərətə
başladılar
.
Götür
-
qoy
elədilər
ki
,
hansı
vəzifənin
üstündə
dayansınlar
.
Ağamurad
birdən
əlini
əlinə
vuraraq
:
–
Arvad
, –
dedi
, –
günü
sabahdan
,
ispolkomun
yerində
oturmuşdum
,
bircə
tük
yazdı
.
Yəqin
qismət
deyilmiş
!
Deputat
olmamağım
işləri
korladı
.
–
Qismətdən
artıq
yemək
olmaz
, –
deyə
Hüsniyyə
dilləndi
və
əlavə
etdi
: –
Amma
o
ispolkomluq
baş
tutsaydı
,
nə
olardı
,
hər
addımı
puldur
.
Nə
qədər
satışa
maşın
gəlir
,
torpaq
sahəsi
verilir
,
ev
paylanır
,
kiçik
müəssisələr
,
kooperativlər
yaranır
...
qazanc
yeri
birdir
,
ikidir
,
hansını
deyim
?
Saymaqla
qurtaran
deyil
.
Hamısının
xeyrini
-
bərəkətini
ispolkom
görür
..
Ağamurad
:
–
Ondan
keçib
,
arvad
,
Allah
balasını
saxlamış
mənə
bir
həftə
möhlət
verib
.
Gəl
sənli
,
mənli
fikirləşək
görək
,
hansı
vəzifəni
götürüm
?!
Hüsniyyə
dodağını
əyib
hikkəylə
:
–
Yönlü
ixtisas
da
qazanmamısan
ki
,
onun
müqabilində
yağlı
bir
vəzifə
alasan
, –
həyat
yoldaşına
tənə
vurdu
: –
Odeyy
,
bank
müdiri
,
yüz
min
manat
pul
buraxanda
,
on
mini
özünündür
.
Qırmızı
papaqların
,
tərəzi
dalında
duranların
dirəyi
də
qızıldandır
.
Sən
də
ha
gözlə
ki
,
hansı
kolxozdasa
beş
qoyun
öləndə
aktı
yazıb
qəpik
-
quruş
qazanacaqsan
.
Sağ
olmuş
,
dünyanın
gözünü
töküb
özünə
peşə
tapmısan
! –
zootexnik
!
Hüsniyyə
lağ
-
loğazla
manikürlü
barmaqlarını
havada
yellədi
.
Onların
bir
il
bundan
qabaq
əsgərliyini
qurtarıb
,
rabitə
idarəsində
poçtalyon
işləyən
böyük
oğlu
Bəhruz
kənardan
valideynlərinin
söhbətinə
müdaxilə
etdi
:
–
İxtisas
,
bilik
,
bacarıq
əsas
deyil
,
guya
ki
,
bura
Amerikadır
,
Avropadır
?!
Birini
vəzifəyə
qoyanda
yüz
dəfə
ələkdən
-
xəlbirdən
keçirib
,
yeddi
arxa
dönənini
yoxlayırlar
.
Bizdə
kimdir
elə
şeylərə
əhəmiyyət
verən
?!
O
vaxt
məni
vayenkomata
çağıranda
yoldaşlarımızın
birini
neqodnı
çıxarıb
geri
qaytardılar
ki
, “
debil
”
dir
,
onu
əsgərliyə
aparmaq
olmaz
.
İndi
odey
,
böyük
bir
rayonun
başçısıdır
.
Deməyim
odur
ki
,
yuxarıda
oturanlardan
asılıdır
.
Nə
olsun
ki
,
papam
zootexnikdir
,
o
Tahirzadənin
könlü
olsa
,
dibdəkilərlə
danışıb
papamı
lap
prokuror
,
məhkəmə
də
qoydura
bilər
.
Hamısı
öz
əlindədir
!
Ağamurad
gördü
ki
,
hərənin
ağzından
bir
avaz
gəlir
,
əsəbiləşib
baxışlarına
sərt
ifadə
verdi
.
Hüsniyyə
ilə
Bəhruz
onun
qırımını
görüb
susdular
.
Ağamurad
yaranmış
sükutu
pozaraq
:
–
Özlüyümdə
çox
ölçüb
-
biçmişəm
.
Başqa
sahəyə
getsəm
,
düz
çıxmaz
,
söz
-
söhbət
yaranar
.
Belə
qərara
gəlmişəm
ki
,
daş
düşdüyü
yerdə
ağır
olar
,
elə
qayıdım
köhnə
yerimə
.
–
Yenə
zootexnik
?! –
Hüsniyyə
tapança
kimi
açıldı
.
Bəhruz
da
qurcalanıb
mızıldandı
...
Ağamurad
:
–
Yoox
,
canım
! –
dedi
. –
Həmin
idarəyə
rəis
!
Heç
isbalkomdan
balaca
vəzifə
deyil
.
Orda
işləyəndə
görmüşəm
də
,
səhərdən
axşamacan
ştamp
-
peçatlarından
pul
yağır
.
Bütün
kolxoz
-
sovxozlar
da
ki
,
əlində
.
Hüsniyyə
ilə
Bəhruzun
iddiaları
böyük
olsa
da
,
çarəsizlikdən
rəislik
məsələsinə
etiraz
etmədilər
.
Bununla
da
fikirlər
eyniləşdi
,
mübahisə
kəsildi
.
lll
Ağamurad
bir
-
iki
gündən
sonra
toya
hazırlaşırmış
kimi
dəlləkxanada
saçlarını
qaydaya
salıb
,
hamamlanıb
,
geyinib
-
keçinib
,
boynunda
da
ağlı
-
yaşıllı
qalstuk
Tahirzadənin
dediyi
vaxt
,
qapıçıdan
icazə
almamış
varid
oldu
onun
kabinetinə
.
Tahirzadə
gözünün
quyruğu
ilə
ona
laqeyd
nəzər
saldı
,
lakin
bir
söz
demədi
,
qarşısında
əyləşmiş
üç
nəfər
kənar
şəxslə
söhbətini
davam
etdirdi
.
Onlar
danışıb
qurtarandan
sonra
Tahirzadə
üzünü
bayaqdan
kabinetin
ortasında
quruyub
qalan
köhnə
dostuna
tutaraq
:
–
Hə
,
səni
eşidirəm
,
Ağamurad
.
Deyəsən
sözlü
adama
oxşayırsan
,
buyur
, –
dedi
.
Ağamurad
:
–
Tacəddin
o
danışdığımız
məsələdən
ötrü
...
–
Tacəddin
yox
,
Yoldaş
Tahirzadə
!
Tacəddin
Paşayeviç
! –
Küll
-
ixtiyar
sahibi
olan
yeni
rayon
başçısı
onun
sözünü
ağzında
yarımçıq
qoydu
: –
Tələbəçilikdəki
kimi
köntöy
xasiyyətindən
hələ
də
əl
çəkməmisən
,
bədbəxt
oğlu
!
Bu
yaşa
çatmısan
,
adicə
müraciət
qaydasını
da
bilmirsən
?!
Əyləşənlərin
istehzalı
baxışları
Ağamurada
tərəf
yönəldi
.
Bəziləri
dişlərini
ağardıb
hırıldadı
.
Köhnə
dostunun
onun
üzünə
qırmızıca
dediyi
bu
söz
,
Ağamurada
güllədən
də
betər
təsir
elədi
.
Rinqdə
nokauta
düşmüş
boksçu
kimi
Ağamuradın
gözlərinə
qaranlıq
çökdü
.
Bütün
kabinet
,
divardakı
şəkillər
başına
hərləndi
.
İndi
Ağamuradın
qarşısında
vaxtilə
nərd
atdığı
,
çilingağac
,
dirə
döymə
oynadığı
canbirqəlb
tələbəlik
dostu
yox
,
sanki
özgə
planetdən
peyda
olmuş
və
hökmran
baxışları
ilə
onu
təqib
edən
yad
,
əlçatmaz
məxluq
dayanmışdı
.
Tahirzadə
süni
təbəssümü
ilə
,
onun
qəlbinə
vurduğu
dil
yarasına
yumşaq
məlhəm
qoyurmuş
kimi
:
–
Ağamurad
,
sizin
vəziyyətinizi
başa
düşürəm
, –
dedi
. –
Keçən
dəfəki
söhbətimizdə
nə
demisən
,
hamısı
yadımdadır
.-
qarşısında
əyləşənləri
işarə
edərək
-
indi
nazirlikdən
yoldaşlar
gəlib
,
başım
onlara
qarışıqdır
.
Üç
-
dörd
gündən
sonra
gələrsən
,
məsələnizi
həll
edərik
.
Ağamurad
dal
-
dalı
geri
çəkilib
,
kabinetdən
birtəhər
çıxdı
.
Onun
gözləri
hələ
də
tor
görürdü
.
Özünü
evə
çatdırıb
papirosu
papirosa
caladı
.
Lakin
bu
gün
Tahirzadə
ilə
olan
söhbətini
heç
kəsə
açıb
ağartmadı
.
Hüsniyyə
xanıma
da
izah
etdi
ki
,
dünən
çiməndə
özümü
soyuğa
vermişəm
,
başım
bərk
ağrıyır
.
Tahirzadəni
də
gördüm
.
Sağ
olsun
,
məni
pis
qarşılamadı
.
Ancaq
işi
çox
olduğu
üçün
ətraflı
danışa
bilmədik
.
Əsas
söhbətimiz
sonraya
qaldı
.
Üç
gündən
sonra
Ağamurad
həmişəki
kimi
yenə
əynini
-
başını
sahmana
salıb
Tahirzadənin
qəbuluna
getdi
.
Fikirli
-
fikirli
pilləkənlərlə
yuxarı
qalxanda
,
birdən
Tahirzadə
ilə
qarşılaşdı
.
Tahirzadə
uçmağa
hazırlaşan
qartal
balası
kimi
qoltuğunda
qovluq
,
keyfi
kök
,
damağı
çağ
aşağı
enirdi
.
O
,
Ağamuradı
görəndə
ayaq
saxladı
:
–
Salam
,
Ağamurad
! –
dedi
. –
Yenə
gəlmisən
?!
Tələsirsən
e
,
yaman
tələsirsən
!
Gəlsən
də
,
gəlməsən
də
,
sənin
barəndə
fikirləşirəm
.
Bir
aman
ver
,
görüm
sənə
münasib
nə
iş
tapıram
.
İndi
kəndə
gedirəm
,
sabah
da
Bakıya
yola
düşməliyəm
.
Qayıdanda
görüşərik
,
əlaqə
saxla
.
Di
xudahafiz
...
Uşaqlara
da
məndən
salam
söylə
.
Tahirzadə
binanın
qarşısında
onu
gözləyən
qara
“
Volqa
”
ya
əyləşib
,
Ağamuradın
nisgilli
,
nigaran
baxışlarının
müşayiəti
ilə
gözdən
itdi
.
Tahirzadənin
– “
Sənin
barəndə
fikirləşirəm
.
Uşaqlara
məndən
salam
de
!” –
kəlmələri
Ağamuradın
qəlbində
neçə
gündən
bəri
zəifləməkdə
olan
ümid
işığını
bir
qədər
şölələndirdi
.
Bu
axırıncı
görüşdən
sonra
onun
rəngi
durulmuşdu
.
Əhval
-
ruhiyyəsi
də
yaxşılaşmışdı
.
Darvazadan
içəri
girəndə
Hüsniyyə
səbirsizliklə
soruşdu
:
–
Nə
oldu
,
düzəldi
?
–
Tələsik
işi
vardı
,
harasa
gedirdi
. –
Ağamurad
cavab
verdi
. –
Ancaq
dedi
ki
,
yadımdasan
.
Danışığından
belə
başa
düşdüm
ki
,
mənə
yaxşı
iş
axtarır
.
Sizə
də
salam
göndərdi
:
–
Allah
onun
balasını
saxlasın
!
Heylə
deyibsə
,
böyük
şeydir
! –
Hüsniyyə
xeyli
şad
oldu
: –
Rayonda
bir
kişi
varsa
,
o
da
Tahirzadədir
!
Əlinin
üstündə
əl
yoxdur
ha
!
Dediyi
qanundur
!
Yəqin
sənə
layiq
olan
vəzifə
axtarır
.
Bəlkə
elə
o
ispolkomun
yerinə
qoymaq
istəyir
.
Ona
görə
də
işi
bir
az
ləngidir
.
–
Mən
də
elə
başa
düşürəm
, –
Ağamurad
həyat
yoldaşının
dediyini
təsdiq
etdi
.
lll
Gecə
yarı
Hüsniyyənin
qulağına
kal
və
boğuq
səs
gəldi
:
–
Vicdansız
!
Vicdansız
!
Ərizəni
yaz
!
Ərizəni
yaz
,
get
!
İşləyə
bilmirsən
!
Rədd
ol
burdan
!
Hüsniyyə
ərini
dümsüklədi
:
–
Ağamurad
,
Ağamurad
!
Ağamurad
:
–
Həh
!
Həh
! –
deyib
qan
-
tərə
batmış
halda
yuxudan
ayıldı
,
çarpayısında
dikəldi
və
gözlərini
ovuşdura
-
ovuşdura
:
–
Sən
bir
işə
bax
ey
! –
dedi
. –
Əla
yuxu
görürdüm
.
Gördüm
ki
,
ispolkom
sədriyəm
,
müavinimin
ərizəsini
alıb
işdən
qovuram
.
–
Axmaq
yuxudur
! –
Hüsniyyə
dilləndi
.
–
Niyə
?
–
İspolkom
sədri
olmaq
-
olmamaqdır
–
Hüsniyyə
onun
yuxusunu
yozub
,
özü
də
dilxor
oldu
.
lll
Ağamurad
evdə
oturub
günlərini
sayırdı
.
İki
həftədən
sonra
yenə
Tahirzadənin
yanına
getdi
.
Ancaq
bu
dəfə
şəstlə
qapını
açıb
içəri
girmədi
.
Başqaları
kimi
gözləmə
otağının
bir
küncündə
məlul
-
müşkül
boynunu
büküb
sakitcə
oturdu
.
Katibə
içəri
bir
stəkan
çay
apardı
və
qayıdanda
Ağamurada
belə
bir
cavab
gətirdi
:
–
Tacəddin
Paşayeviç
deyir
ki
,
onu
tanıyıram
.
Gözləsin
,
özüm
çağıraram
.
Katibəni
saya
salmadan
Tahirzadənin
kabinetinə
icazəsiz
-
filansız
girib
-
çıxan
meyvə
-
tərəvəz
,
pambıq
,
tütün
qəbulçuları
,
ticarət
adamları
biri
-
birini
əvəz
edirdi
,
Ağamuradın
başı
hərdən
sinəsinə
enib
-
qalxırdı
.
Ötən
gecə
yaxşı
yatmadığından
hərdən
mürgülüyürdü
.
Günorta
fasiləsi
çatanda
Tahirzadə
kabinetindən
çıxıb
,
əlindəki
açarla
kabineti
bağlaya
-
bağlaya
:
–
Ağamurad
!
Sağ
olmuş
,
sən
də
elə
vaxt
gəlirsən
ki
,
baş
qaşımağa
macal
tapmıram
–
dedi
və
soruşdu
:
–
Həftənin
neçənci
günüdür
?
–
İkinci
günü
.
Tahirzadə
:
–
Gəl
belə
danışaq
, –
dedi
. –
Bazar
günü
düz
səhər
saat
onda
səni
gözləyirəm
.
Onda
gəlib
-
gedən
də
az
olur
.
Bu
məsələni
biryolluq
həll
eliyək
,
qurtarıb
getsin
.
Etirazın
yoxdur
ki
?!
Ağamurad
boynunu
çiyninə
tərəf
əyərək
:
–
Siz
məsləhət
görəndən
sonra
...
Onlar
vədələşdikləri
vaxt
görüşdülər
.
Tahirzadə
rəsmi
qaydada
:
–
Bilirsən
nə
var
,
Ağamurad
–
dedi
. –
Düzdür
,
haçansa
tələbə
yoldaşı
olmuşuq
,
sizə
də
böyük
hörmətim
var
.
Ancaq
bunların
idarə
işlərinə
dəxli
olmamalıdır
.
Bu
rayon
dedi
-
qodusu
çox
olan
yerdir
.
Yəqin
ki
,
sizin
bura
tez
-
tez
gəlib
-
getdiyinizi
başqa
cür
başa
düşənlər
də
var
.
Özümüzü
dilə
-
dişə
salmamaq
üçün
gəl
belə
edək
.
Sizi
bir
daha
bu
aralarda
görməyim
.
Tahirzadə
tələm
-
tələsik
soruşdu
:
–
Evdə
telefonun
var
?!
–
Bəli
,
var
.
–
Nömrəsi
neçədir
?
– 5-38-41.
Tahirzadə
tələm
-
tələsik
cibindən
əl
boyda
kağız
çıxarıb
həmin
telefonun
nömrəsini
,
Ağamuradın
adını
və
familiyasını
qeyd
edib
,
qabağından
da
iki
sual
işarəsi
qoydu
.
Sonra
ikrahla
üzünü
Ağamurada
tutaraq
:
–
Bir
də
buralara
üzükmə
,-
dedi
,-
lazım
olanda
özüm
zəng
vurub
çağıraram
.
Ağamurad
dillənmədi
.
Matdım
-
matdım
köhnə
dostunun
üzünə
baxdı
.
Tahirzadə
onun
əlini
sıxaraq
:
–
Get
işində
ol
, –
dedi
. –
Ürəyinə
də
başqa
şey
gəlməsin
.
Zəngimi
mütləq
gözlə
.
İki
yaxşı
vəzifə
olsa
,
biri
sənindir
...
Ağamurad
bir
aydan
artıq
olardı
ki
,
küçəyə
-
bayıra
çıxmırdı
.
Telefonun
yanını
kəsdirmişdi
.
Həyətə
enəndə
,
dükan
-
bazara
gedəndə
və
ya
hamamlananda
mütləq
onu
bir
adam
əvəz
etməli
idi
.
lll
İstilər
başlananda
qonum
-
qonşu
qapını
bağlayıb
sərinləmək
üçün
köçlü
-
külfətli
dağa
-
bağa
çəkildi
.
Ağamuradın
arvad
-
uşağı
isə
yayın
cırhacırında
yanıb
qovrulsa
da
,
telefon
zənginin
dərdindən
bir
yana
tərpənə
bilmirdi
.
Onlar
bürkülü
yay
axşamlarının
birində
,
dəhlizdəki
televizorun
qabağında
əyləşib
boyun
-
boğazlarını
sancan
ağcaqanadları
ora
-
bura
qova
-
qova
konsertə
baxırdılar
.
Musiqi
proqramı
başa
çatandan
sonra
diktor
qız
xoş
təbəssümlə
belə
bir
məlumat
verdi
:
–
Tahirzadə
Tacəddin
Paşa
oğlu
başqa
işə
keçməsi
ilə
əlaqədar
olaraq
vəzifəsindən
azad
edilmişdir
...
Bizi Facebookda izləyin
Bölmənin digər xəbərləri
Meduzanın saçları
19.06.26
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
10.06.26
Görkəmli fikir və söz adamının 80 yaşına
05.06.26
"Yuvasız qaratoyuq" və digər mətləblər...
05.06.26
Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu
05.06.26
Əşrəf Veysəllidən poetik nümunələr
05.06.26
Latifə Orujun “Sirli yürüşlər” romanında insan, cəmiyyət, zaman və əxlaq, mənəvi dərslər
26.05.26
Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib
25.05.26
Ay tutulan gecənin səhəri - Povestdən parça
22.05.26
Sözlərin yox, pauzaların yorurdu məni
22.05.26
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
22.05.26
Rəng deyil mavi - Aytac Sahəd yazır
15.05.26
Keçmişlə gələcəyi qovuşduran müasir xəzinə - Şahanə Müşfiq yazır
15.05.26
Min ölüm haqqında bir povest - "Labirint"
15.05.26
Unudulmamağın haqqını vermək - Nadir Yalçın yazır
15.05.26
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.