Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin yaradıcılığına müraciət edib.
Yazıçının kitablarından ibarət videoçarx və məlumatlar hazırlanıb.
Videoçarx və məlumatlarda Əzizə xanımın həyatından danışılıb, ədəbi və elmi yaradıcılığı, çağdaş ədəbiyyatımızda tarixi romanlar müəllifi kimi irsi geniş təhlil edilib.
Bildirilib ki, Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərib və yazıçının əsərləri Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirib.