Cənub-şərqi Avropanın ən böyük festivallarından biri - 26-cı dəfə keçirilən Sarayevo kinofestivalı başa çatıb. Festivalın əsas prizi - "Sarayevonun ürəyi" mükafatı uğrunda dörd - bədii, sənədli, qısametrajlı və tələbə müsabiqə proqramlarında təqdim olunan 49 film mübarizə aparırdı.
Azərbaycanlı rejissor Rüfət Həsənovun "Debüt" kinostudiyası tərəfindən çəkilmiş "İç ada" filmi Sarayevo kinofestivalının əsas müsabiqəsində iştirak etmək üçün seçilmiş ilk tammetrajlı Azərbaycan bədii filmi olub.
Həmyerlimiz Rüfət Həsənov Sarayevoda - Foto-Video Kinofestivalında ən yaxşı rejissor hesab edilib. O, bədii festival proqramında ən yaxşı rejissor işinə görə "Sarayevonun ürəyi" mükafatına layiq görülüb.
100 min nəfərdən çox auditoriyası olan Sarayevo kinofestivalı Avropada ən əhəmiyyətli kinofestivallardan biridir.
Bədii müsabiqənin jürisinə fransız rejissor, ssenarist və aktyor, "Oskar" mükafatçısı Mişel Xazanoviçuk rəhbərlik edib. Jürinin tərkibinə, həmçinin, bədii rəhbər Berlinale Karlo Çatrian, aktrisa Yadranka Lokiç, serb rejissoru Srdan Qoluboviç və festivalın direktoru Morelia Andrea Stavenxagen daxil idilər.
"İç adası" tammetrajlı filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib və "Azərbaycanfilm" Dövlət Kinostudiyasının, "Debüt", "Arizonfilm" (Fransa), "Koyot Sinema" kinostudiyalarının, CNC Fransız milli kinematoqrafiya və animasiya mərkəzinin yardımı ilə "Mandarin" agentliyinin, Baku Media Centerin və İTV-nin birgə istehsalıdır.
Filmin baş qəhrəmanı dünyanın tanınmış şahmat qroyssmesterlərindən biri Seymur Tahirbəyov ən vacib oyunundan bir neçə həftə əvvəl karyerasında özünü yenidən kəşf etmək üçün gizli şəkildə cəmi bir adamın yaşadığı adaya gedir. Film onun yaşadıqlarını əks etdirir.
"İç ada" filminin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşçu operator Orxan Abbasov, quruluşçu rəssam Elturan Məmmədov, bəstəkarlar Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, rejissorun birinci köməkçisi Kamran Ağabalayev, icraçı prodüster Nadir Əliyevdir. Baş rollarda Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl çəkiliblər.
Xatırladaq ki, avqustun 14-də mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Anar Kərimov Rüfət Həsənovun Mədəniyyət Nazirliyi kinematoqrafiya şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi haqqında əmr imzalamışdı.
Şahanə MÜŞFİQ