"Web" texnologiyaların siyasətə daxil olması mürəkkəb prosesdir. Kompüter texnologiyaları çoxtərəfli komunikasiya üçün yeni imkanlar açır, yəni, internet cəmiyyətdə real dialoq üçün mexanizmlər və siyasi iştirakın genişləndirilməsi, həmçinin, siyasi məsələlər üzrə birbaşa rabitə üçün informasiya məkanını yaradır”.
525.az xəbər verir ki, AŞPA-nın qış sessiyasında “Internet və siyasət: ınformasiya və kommunıkasıya texnologoyaların demokratıyaya təsiri” mövzusunda çıxışı zamanı Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva dilə gətirib. Onun dediyinə görə, qlobal şəbəkə dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsini təmin edir:
“Elektron hökumətin yaradılması, insanlar və hökumət arasında daha güclü, daha şəffav və daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir.Internet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya və bloklar, onların platforması haqqında məlumat əldə edir və bu onların əsas informasiya mənbələrindən birinə çevrilir. Bununla yanaşı, gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi təşiri də müşahidə olunur.
Biz milliyyətçilik, ekstremizm, terrorızm, cinayətyönümlü resurslarının yayılmasının qarşısını alıb, gəncləri yalnış istiqamətə yönəldən qlobal çağırışlara müqavimət göstərilməsi üçün qanunvericiliyi təkmilləşdirilməliyik.
Bəzən sosial şəbəkələrdən istifadədə qadağaların qoyulması vətəndaş azadlığının məhdudlaşdırılması kimi suallar səsləndirilir. Müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığın göstəricisidir. İnternetdə məhdudiyyətlərin qoyulması imkansızdır”. Millət vəkili çıxışında deyib ki, Azərbaycanda internet azaddır: “Azərbaycanda internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün əhalinin təxminən 65% internet istifadəçisidir. Ölkədə istər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Bu gün hər bir Azərbaycan vətəndaşı ölkədə və dünyada gedən bütün siyasi proseslərə öz münasibətini azad şəkildə sosial şəbəkə vasitəsilə bildirir və fikir mübadiləsi aparır. İKT universitetin yaradılması, 2013-ci ilin İKT ili elan olması, azad , şəffav internetə giriş , electron hökumət və onun uğurlu fəaliyyəti bunların hamısı IKT -nin ölkə üçün prioritet məsələlərdən biri olduğunu subut edir.
Təbii ki, müasir cəmiyyət proqresdən imtina edə bilməz. Siyasət də diğər sahələr kimi yeni texnologoyalarla addımlamalıdır. Lakin unutmamalıyıq ki, bizim şəxsi baxışlarımız və mövqeyimiz, kiminsə tərəfindən təqdim olunan, bəzən qərəzlı , düzgün interpretasiya olunmayan və qeyri konstruktiv məlumatlar əsasında yox, real hadisələr və proseslər əsasında qurulmalıdır”.
Kamil Həmzəoğlu