|
|
|
|

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.
İlkin məlumata görə, yanğın binanın 18-ci mərtəbəsində yerləşən mənzildə elektrik naqillərində baş verən qısa qapanmadan başlayıb.
Yanğın artıq söndürülüb. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.



