Ağstafa rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin adları məlum olub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, “BMW” markalı avtomobilin donmuş körpüdən dəmir yolu naqillərinin üstünə düşməsi nəticəsində Fizuli rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Elnur Məhərrəm oğlu, Ağstafa rayon sakinləri, 1992-ci il təvəllüdlü Mehralıyev Alı Zöhrab oğlu, 1988-ci il təvəllüdlü Abbasov Alqayıt Telman oğlu və Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Nail Maqsud oğlu cərəyan vurması nəticəsində hadisə yerindəcə ölüb.
Qeyd edək ki, qəzada ölən şəxslər Qazax rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisində işləyən şəxslərdir
_____________
Yanvarın 31-nə keçən gecə Ağstafa rayonunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Əzizbəyli kəndi yaxınlığında “BMW” markalı avtomobil dəmir yolu xəttinin üzərindəki körpüdən aşıb. Avtomobil qatarlar üçün nəzərdə tutulmuş elektrik ötürücülərinin-naqillərin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Avtomobildə olan 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.