Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin tələbəsinin döyülməsi faktına münasibət bildirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, BDU-nun tələbəsi Hüseyn Novruzovun döyülməsi ilə bağlı material (video) nazirlik tərəfindən araşdırılacaq: “Bundan sonra isə məsələyə baxılacaq".
Qeyd edək ki, bu gün rektor Abel Məhərrəmovun tələbələrlə görüşündən sonra mühafizə xidmətinin əməkdaşları tərəfindən H. Novruzovun döyülməsini əks etdirən video yayılıb.