Azərbaycan xalqının müstəqillik tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 22-ci ildönümü Qafqaz Universitetində də anılıb. Universitetdə bununla bağlı keçirilən tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Milli Məclisin deputatı Yazıçı Dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında Universitetin Dram dərnəyinin tələbə üzvlərinin səhnələşdirdiyi eyni adlı tamaşa nümayiş etdirilib. Millət vəkillərinin, universitetin müəllim –tələbə heyətinin və pyesin muəllif və rejisorunun da iştirak etdiyi tədbirdə tamaşa onu izləyənlərdə dərin təəssürat oyadıb. Tamaşaçılar səhnə əsərini göz yaşları içində izləyiblər. İçtirakçılar tamaşanın rejisoru sənətşunaslıq üzrə fəlsəfə doktoru Zəminə Əliyevanı və tələbələri alqışlayıblar.
Pyesin müəllifi dramaturq Hüseynbala Mirələmov çıxış edərək bildirib ki, bu tamaşa 8 ildirki səhnədədir. Tələbələrə təşəkkür edən müəllif bildirib ki, bu tamaşa xarici ölkələrdə də uğurla nümayiş etdirilib. Onun sözlərinə görə, pyesdə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması başlıca məqsəd hesab edilir. O, Xocalı soyqırımının dünyada tanıdılması işində gənclərin daha da fəal olmasının vacibliyini qeyd edib.
Tamaşanın Rejisoru əməkdar incəsənət xadimi Bəhram Osmanov vurğulayıb ki, Xocalı soyqırımı ilə bağlı bu gün Azərbaycanda cox tedbir keçirilir: «Amma belə bir tamaşa hazırlayan təhsil müəsisəsi olduğunu düşünmürəm.İnanıram ki, bir neçə il sonra Qafqaz universitetində möhtəşəm tələbə teatrı yaranacaq». Millət vəkili Arif Əşrəfov çıxışında dəfələrlə universitetin tədbirlərində iştirak etdiyini və yüksək təəssüratla ayrıldığını bildirib. Qafqaz kimi universitetin fəaliyyətindən fəxr hissi keçirdiyini vurğulayan millət vəkili Müəllifin Ümummilli liderimiz haqda da dəyərli yazılar, əsərlər yazdığını vurğulayıb. Universitetin prorektoru professor Niftalı Qocayev Xocalı faciəsinin Umummilli lider Heydər Əliyevin əsasını qoyduğu Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində dünyada tanınmasından danışıb. Bu işdə «Xocalıya ədalət» kampaniyasının mühüm rol oynadığını deyib.