F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsinin əməkdaşları tərəfindən şair, yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas-alim, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illik yubileyi münasibəti ilə elektron-məlumat baza təkmilləşdirilərək oxucuların istifadəsinə təqdim olunub.
525.az xəbər verir ki, elektron baza ilk dəfə 2016- cı ildə istifadəçilərə təqdim edilmişdi. Bu il Abdulla Şaiqin 140 illiyi ilə əlaqədar bazaya son 5 ilin materialları da əlavə edilmişdir. Bu da öz növbəsində karantin rejimi dövründə istifadəçilərə elektron - məlumat bazadan daha əlverişli istifadə imkanı yaradır. Elektron-məlumat baza 13 bölmədən və yarımbölmələrdən ibarətdir. Bazaya1927-2020 ci illəri əhatə edən materiallar yerləşdirilmişdir.
Elektron- məlumat bazaya ”Mükafatlar”, “Tərcümələri” kimi yeni bölmələr əlavə edilmişdir.
Tərcümələri – bölməsinə 8 kitab, Cəlalədin Ruminin " İbrət və müqabilə yaxud ümmətlər ixtilafı" - 2008; Nizaminin "İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi" -1989; E. Şabad "Nərdivan" - 1936. İ.A.Krılov "Cırcırama və Qarışqa" -1976 və s. yerləşdirilib. Bazada, rus dilində 4 kitab - Paссказы-1991; Вот Мы Какие-1984; Избранное-1959; Письмо не дошло-1984. əlavə edilib.
Virtual oxucular üçün şair Abdulla Şaiq haqqında məqalələr yarımbölməsinə 38 məqalə, əsərləri bölməsinə 7 kitab, haqqında bölməsinə 4 yeni kitab əlavə edilmişdir. Abdulla Şaiq Elektron-məlumat bazasına yerləşdirilən bütün materiallar tammətnlidir.
Aşağıdakı link vasitəsi ilə Elektron Məlumat Bazası ilə yaxından tanış ola bilərsiniz.