
Qeyd edək ki, bugünə kimi, AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Nizami Gəncəvinin əsərləri, həmçinin dahi şairə həsr olunmuş əsərlərdən ibarət 3 hissəli videoslayd hazırlanıb və burada 150-dən artıq dəyərli nəşrlər yer alıb.
525.az-a verilən məlumata görə, bu dəfə isə, MEK “Nizami Gəncəvi İli” çərçivəsində kitabxananın fondlarında saxlanılan seçmə nəşrlərdən hazırlanmış “Низами Гянджеви” adlı videoslaydı rus dilində təqdim edir.



