|
|
|
|
Yazıçı Ceylan Mumoğlunun "Qadının üç yaş dövrü" romanı Türkiyənin "Platanus Publishing" nəşriyyatında nəşr olunub.
525.az xəbər verir ki, 2020-ci ildə "Parafraz Nəşrləri"ndə işıq üzü görən bu roman türk oxucusuna nəfis tərtibatda təqdim edilib. (Ceylan Mumoğlu, "Kadının üç çağı", Ankara 2021).
Romanı türk dili üzrə redaktoru Kardelen Gül "Kadının üç çağı" haqqında belə deyib: "Əsər bir çox anlamda insanın ruhuna toxunur və oxuyarkən, həqiqətən, nələrsə öyrədir".
Kitabın üz qabığında orijinal versiyada olduğu kimi, məşhur Avstriya rəssamı Qustav Klimtin "Qadının üç yaş dövrü" rəsm əsəri yer alıb.