
Yazıçı Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabı Türkiyədə çap olunub.
525.az Manera.az-a istinadən xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfinin “TURAY” Kitab Nəşriyyatında işıq üzü görən kitaba tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslan ön söz yazıb.
Kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşar və tərcüməçi Saadət Örmecidir.
Türkiyənin əksər kitab evlərində indi belə bir kitab da var: “Qarışqa təqvimi”.
“Qarışqa təqvimi"ndən: "Taleyi ilə barışanı Tanrı xilas edə bilməz!” Hərdən dünyaya qarışqaların pəncərəsindən baxaq..



