Azərbaycanda selektiv abort həyata keçirən həkimlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev cümə axşamı Trend-ə bildirib ki, komitənin hazırladığı "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanun layihəsinə ediləcək əlavədə təbii yolla baş tutan hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən edilməsi ilə bağlı edilən müayinə və selektiv abortlar qadağan olunacaq. Onun sözlərinə görə, qanun layihəsinə təklif olunan əlavəyə görə, bu müayinəni aparan həkimlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.