|
|
|
|
“Artıq Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb”.
525.az-ın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, artıq dəyişikliklər bir çox qurumlarla razılaşdırılıb:
“Məcəllədəki 11 maddə əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir”.
Nazir qeyd edib ki, qısa müddət ərzində Əməyin Mühafizə Mərkəzi də yaradılacaq.