|
|
|
|
“Bakıkart”ın ödəmə terminallarında nağd ödənişləri dayandırmaq istəyirik”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu ilin sonunda kartlarda onlayn ödəniş mümkün olacaq:
“2000-ə yaxın avtobus dayanacağında ödəmə terminalı iqtisadi cəhətdən səmərəsizdir. Burada əsas çətinlik metronun bağlanması ilə oldu. Vestibüllər isə artıq açılıb, yaxın bir ay ərzində “Milli Ön”lərdə də ödəmə mümkün olacaq”.