|
|
|
|
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki lideri, epidemioloq Maria Van Kerkov, İngİltərədə keçirilən AVRO- 2020-nin finalını sərt şəkildə tənqid edib.
525.az xəbər verir ki, tviterdə açıqlama verən Kerkov, İngiltərə və İtaliya matçında stadiondakı təxminən 60 min azarkeşin bir-birilə "kor-koranə" koronavirua yoluxduqlarını söyləyib.
O, etirazını, “koronavirusun yayılmasını gözlərimin önündə seyr etməkdən necə zövq alım? Təbii ki, COVID-19 pandemiyası matç günü ara verməmişdi. SARS-CoV-2 və Delta variantı peyvənd olunmamış, maskasız və insanların sıx olduğu mühitdən faydalanacaq. Bu məhvedicidir”, deyə şərh edib. Digər tərəfdən, Delta variantının üstünlük təşkil etdiyi İngiltərədə matç səbəbilə pubların tam dolu olduğu, on minlərlə insanın küçələrə axışdığı və əksəriyyətinin maskasız olduğu bilinir.
Sözügedən final matçında stadiondakı tamaşaçıların əksəriyyətinin maskalı olmaması diqqət çəkmişdi.
El Roman