Aprelin 11-də Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi "Təhsil" Nəşriyyat Evinin kitab mağazasında şair Vaqif Bəhmənlinin "Hamı" və "İşartı" kitablarının, şair-publisist Rəşad Məcidin isə "Dəlicəsinə" kitabının İmza gününu təşkil edib. Tanınmış yazarların, ziyalıların, oxucuların iştirak etdikləri mərasimdə qonaqlar müəlliflərin kitablarını avtoqrafla alıb, onlara həmsöhbət olmaq imkanı qazanıblar.