|
|
|
|

Əfqanıstanın şimalındakı Cüzcan vilayətində ABŞ-a məxsus B-52 bombardman təyyarələri Talibanın mövqelərini vurub.
525.az xəbər verir ki, bununla bağlı Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumda 200-dən çox yaraqlı öldürülüb, çox sayda silah-sursatn isə məhv edilib.
Taliban hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.



