|
|
|
|

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2021” təlimləri keçirilib.
525.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib. Təlimlərin ölkələr arasında dostluq, əməkdaşlığın inkişafı və təcrübə paylaşımı məqsədilə keçirildiyi vurğulanıb.



