|
|
|
|

Millət Vəkili Fatma Yıldırım Türkiyənin Nevşehir vilayətinə səfər edib.
525.az xəbər verir ki, Fatma Yıldırım Türkiyənin Nevşehir vilayətində ucaldılan Azərbaycan-Türkiyə Qardaşlıq abidəsinə görə bütün Azərbaycan xalqı adından vilayətin bələdiyyə sədri Mehmet Savrana təşəkkür edib. "Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalandığı abidə iki ölkənin qardaşlığının əhəmiyyətli simvolu oldu" - deyən Fatma Yıldırım Mehmet Sarvan ilə birlikdə abidəni ziyarət ediblər.
Fatma Yıldırım Nevşehir bələdiyyəsini də ziyarət edib.
Fatma Yıldırım həmçinin Mehmet Sarvanı Azərbaycana dəvət edib və ona "Bir millət, iki dövlət" yazısı əks olunan tablo hədiyyə edib. Bələdiyyə sədri millət vəkilinin səfərindən məmnunluğunu bildirib və buna görə Fatma Yıldırıma təşəkkür edib.

Fatma Yıldırım, eyni zamanda, Nevşehirin valisi İnsiz Sezer Becelin qonağı olub.



