2021-ci ilin yeddi ayında ölkəyə 295,8 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.
525.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 440 milyon ABŞ dollarına yaxın olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 602,9 milyon dollarlıq 515,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.