Bu gün səhər saat 06:25 radələrində Bakının Suraxanı rayonu Bakıxanov qəsəbəsi ərazisində iki nəfər naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bıçaqlanan şəxslərdən biri ölüb, digəri ağır yaralanıb.
Hadisə İsmayılov küçəsində baş verib. İki nəfər naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə küçədə aşkarlanıb. Onlardan biri 25 yaşlı şəxsiyyəti hələlik məlum olmayan kişi çoxlu qan itirdiyi üçün keçinib. Digəri 22 yaşlı İsa Cəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.