https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Mirça Rednik "Xəzər-Lənkəran"a qayıda bilər

Mirça Rednik "Xəzər-Lənkəran"a qayıda bilər
2013/14 mövsümündə uğurlu nəticə qazana bilməyən “Xəzər Lənkəran” yay fasiləsində baş məşqçi postunda dəyişiklik edə bilər.

Apasport.az saytının məlumatına görə, buna komandanın türkiyəli çalışdırıcısı Mustafa Dənizlinin klubu tərk etməkdə israrlı olmasıdır.
 
Belə ki, “Xəzər Lənkəran”ın 10 illik yubileyində avrokuboklara vəsiqə qazana bilməməyindən sonra türkiyəli mütəxəssis istefa vermək qərarına gəlib. Klub rəhbərliyi tanınmış məşqçini postunda saxlamaq niyyətində olsa da, bu gedişlə Dənizlini yola gətirmək mümkün olmayacaq.
 
Mütəxəssis ən yaxşı halda, mövsümü yola verməyə, son 4 turdan sonra vətəninə qayıtmağa razılaşıb. 
 
Rumıniyalı mütəxəssis Mirça Rednikin klubdan ayrılmasından sonra çempionat və kubokda titul qazana bilməyən “Xəzər Lənkəran” rəhbərliyi də Dənizlinin gedəcəyi ilə barışmaq məcburiyyətində qalıb.
 
Belə olan halda, cənublular məhz Redniki qaytaracağı gözlənilir. Dəfələrlə kluba qayıtmağa hazır olduğunu bəyan edən Redniklə danışıqlara başlanılması zərurəti yaranıb. Neçə vaxtdır azarkeşlərin də geri dönməsini istədiyi rumıniyalının artıq mayın sonlarında Azərbaycana gəlib müqavilə imzalayacağı gözlənilir.
 
Qeyd edək ki, Rednik 2010-11-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb və bu komanda ilə Azərbaycan kubokunun qalibi olub.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.