https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

“Xəzər Lənkəran”dan Mustafa Dənizli açıqlaması

“Xəzər Lənkəran”dan Mustafa Dənizli açıqlaması

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli belindəki ağrıları müayinə etmək məqsədi ilə dünən İstanbul şəhərinə yola düşüb.

Bu haqda Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

Onun sözlərinə görə,  bu səbəbdən komandanı bugünkü məşqə onun köməkçisi Oğuz Çətin çıxarıb. H.Cəbrayıloğlu Mustafa Dənizlinin sabah Bakıya qayıdacağını söyləyib.

O, M.Dənizlinin İstanbula səfəri zamanı klubun sahibi Mübariz Mənsimovla görüşdüyünü istisna etməyib: “Mustafa Dənizli İstanbula dünən gedib, Mübariz Mənsimovla görüşməsi mümkündür”.

Qeyd edək ki, xəbər portallarında M.Dənizlinin bu görüşdə istefa verməsi, amma bunun qəbul olunmaması ilə bağlı məlumatlar yayılıb. “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri isə M.Dənizlinin istefaya getmədiyini və sabahdan komandanın düşərgəsində olacağını bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.