Bu gecə Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, keçiriləcək iki oyunla finalçılar bəlli olub.
"Yuventus" öz meydanında "Benfika"nı qəbul edib. İtalyanlar ilk oyundakı məğlubiyyətin (1:2) əvəzini çıxmağa çalışsalar da, buna nail olmayıblar - 0:0. Belədə "Benfika" finalda oynamaq hüququ qazanıb. Digər oyunda iki ispan klubu - "Valensiya" və "Sevilya" üz-üzə gəlib. Səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzan "Valensiya" oyuna yaxşı başlayıb. 3:0 hesabı ilə öndə olan "yarasalar" matçın son dəqiqəsində qapısında qol görməklə finaldan kənardan qalıb.
1 may
Avropa Liqası, yarımfinalın cavab oyunları
00:05."Yuventus" (İtaliya)- "Benfika" (Portuqaliya) (İlk oyun - 1:2) - 0:0 Qırmızı vərəqələr:Perez, 67 ("Benfika"), Vuçiniç, 89 ("Yuventus"), Markoviç, 89 ("Benfika")