https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

"Barselona"-da ikinci Qvardiola?

"Barselona"-da ikinci Qvardiola?

Bu mövsüm Çempionlar Liqasında və Kral kubokunda uğur əldə edə bilməyən "Barselona"nın cari mövsüm bitdikdən sonra baş məşqçisi Xerardo Martino ilə yolları böyük ehtimalla ayıracaq.

Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi komandaya yeni məşqçi olaraq keçmiş futbolçularından birini gətirməyi planlaşdırır.

"Sport" və "El Mundo Deportivo" qəzetləri yazıb ki, yeni mövsümdən klubu "Selta"nın baş məşqçisi Luis Enrike çalışdıracaq.

1996-2004-cü illərdə futbolçu kimi "Barsa"nın şərəfini qoruyan 43 yaşlı mütəxəssisin "Barsa"nın ikinci Qvardiolası olacağı güman olunur.

Xəbərdə həmçinin  "Selta" rəhbərliyinin L.Enrikenin Kataloniya klubun getməsinə razılıq verdiyi bildirilib.

Qeyd edək ki, "Barsa"nın keçmiş futbolçularından  P.Qvardiola 2008-2012-ci illərdə bu komandanın baş məşqçisi olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.