|
|
|
|

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlib.
525.az-ın xəbərinə görə, XİN başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
***
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, səfər bu gün baş tutacaq.
Səfər çərçivəsində Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.



