|
|
|
|

“ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur, müəyyən sahələrdə isə əməkdaşlığımız çox sıxdır”.
525.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, elə sahələr var ki, orada əməkdaşlığımız bir o qədər dərin deyil: “Təhlükəsizlik, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə, qaçaqmalçılıqla mübarizə, sərhədlərin gücləndirilməsi istiqamətində əməkdaşlığı qeyd edə bilərik. Humanitar sahədə əməkdaşlıq layihələrimiz var, təhsil sahəsində əməkdaşlıq var. ABŞ Azərbaycanla əməkdaşlıq istiqamətlərini genişləndirməyə dair dialoqda maraqlıdır, bunun üçün intensiv görüşlər, təmaslar həyata keçirilir”.
NATO ilə əlaqələrə də toxunan XİN başçısı Azərbaycanın NATO missiyalarında, xüsusilə Əfqanıstandakı iştirakının yüksək qiymətləndirildiyini vurğulayıb: “ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycana təşəkkür məktubu ünvanlayıb. NATO ilə əməkdaşlığımızın dərin tarixi kökləri var. Bizim NATO tərkibində missiyalarda iştirakımız, NATO təlimlərində hərbçilərimizin iştirakı, fövqəladə hallarla mübarizədə təlimlər istiqamətinsə əməkdaşlığımız var. Bizim NATO ilə geniş dialoq gündəliyimiz var. NATO rəhbərliyi tərəfindən bizim tərəfdaşlığımız xüsusi vurğulanır, Azərbaycana təşəkkür edilir”.



