|
|
|
|

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.
525.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.
Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.



