https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Kimsə bilməz Tanrı dağın yaşını... - Ağacəfər Həsənli yazır
search
24 İyul 2026

Qurban Qurbanov: "İndi Çempionlar Liqası haqda düşünmək olar"

Qurban Qurbanov: "İndi Çempionlar Liqası haqda düşünmək olar"

“Çoxdan bu cür qələbə qazanmaq istəyirdik. Həm baxımlı oyun oldu, həm də çempion olduq. Hamını bu münasibətlə təbrik edirəm. Bu oyunda hər şey var idi, qollar, yüksək sürət, qol epizodları. “İnter” də çempionluğa layiq komandadır, mövsümü yaxşı keçirdilər. Kaxaber Sxadadzeni işini həmişə qiymətləndirmişəm. Yaxşı komandası, futbol biliyi var".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda "İnter"ə qalib (4:1) gələrək çempionluğu rəsmiləşdirdikləri oyundan sonra deyib.

Klub rəhbərliyinə təşəkkür edən gənc mütəxəssis bildirib ki, onlar  komandanı yuxarı pillələrdə görmək üçün hər şey ediblər.

Q.Qurbanov bu mövsüm özləri üçün  mükəmməl hesab edib:

"Bundan sonra daima bu yerlər uğrunda mübarizə aparmalıyıq. Heyətimizdə Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdur. Bundan sonra Çempionlar Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib, gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli idik, çox çalışırdıq, ona görə də çempion olduq”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.