“Azərbaycan Prezidenti yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı sualları cavablandırıb”.
525.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib..
O bildirib ki, Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub: "Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik. Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxmalıdır".
O qeyd edib ki, Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları qiymətləndirməli və bundan nəticə çıxarmalıdır.