|
|
|
|

BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyi üçün Azərbaycana təşəkkür edib.
525.az xəbər verir ki, bu barədə yanvarın 28-də BMT-də brifinq zamanı beynəlxalq təşkilatın sözçüsü Fərhan Haq bildirib.
F.Haq deyib: “Həqiqətən də xoşbəxt gündür, çünki biz daha çox dosta büdcəyə ödənişləri tamamladıqlarına görə təşəkkür edirik. Əlcəzair, Azərbaycan, Koreya Respublikası, Bruney Darussalam, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnama təşəkkür edirik. Onların sayı artıq 37-yə çatıb”.



