|
|
|
|

Sabahdan Milli Məclisin yaz sessiyası başlayır.
525.az-ın APA-ya istinadən məlumatına görə, yaz sessiyası mayın 31-dək davam edəcək.
Milli Məclisin yaz sessiyası çərçivəsində aşağıdakı hesabat və məruzələr parlamentə təqdim olunacaq:
- Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat veriləcək;
- Hesablama Palatası və onun fəaliyyəti haqqında illik hesabat təqdim ediləcək;
- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Milli Məclis qarşısında illik məruzə ilə çıxış edəcək;
- Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edəcək;
- İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edəcək.



