Ötən il Gürcüstanda 163 nəfər itkin düşüb, onlardan 112-si tapılıb, 51-nin axtarışları davam etdirilir.
525.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında qeyd olunub.
Bildirilib ki, itkin düşənlərdən 2-si Azərbaycan, 2-si isə Moldova vətəndaşları olub.
İtkin düşən Azərbaycan vətəndaşlarından biri tapılıb, digərinin axtarışlarının isə davam etdirildiyi bildirilib.