Yaxın zamanlarda İran, Azərbaycan və Türkiyə təmsilçilərinin Tehranda görüşü keçiriləcək.
525.az xəbər verir ki, bu barədə yanvarın 31-də keçirilən mətbuat konfransı zamanı İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib. Onun sözlərinə görə, görüşün məqsədi regional əməkdaşlıq məsələlərinin müzakirəsidir.
Qeyd edək ki,Səid Xətibzadə görüşün dəqiq tarixini açıqlamayıb.