|
|
|
|
UNESCO Azərbaycana və Ermənistana missiya göndərəcək.
525.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşündə razılıq əldə olunub.
Görüşdə, UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.