https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

Aybəniz Haşımova: "Vacibdir ki, Konçita tipli insanlarla bir səhnədə oxuyaq?" (Müsahibə)

"Dilarə Kazımovanı məğlub saymıram"

Aybəniz Haşımova: "Vacibdir ki, Konçita tipli insanlarla bir səhnədə oxuyaq?" (Müsahibə)

Əməkdar artist, tanınmış müğənni Aybəniz Haşımovanın "525"ə müsahibəsi 

- Aybəniz xanım, üstündən bir neçə gün keçsə , bir sənət adamı kimi "Eurovision-2014" mahnı müsabiqəsi ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Yarışmanın nəticələri sizcə, ədalətlidirmi?

- Azərbaycanın hər zaman hər bir sahədə, o cümlədən mədəniyyət, incəsənət sahəsində uğurları bizi həmişə sevindirib düşünürəm ki, əsas odur ki, ölkələr arasında bayrağımız var. Bu, sevindiricidir. "Euorivision"a gəlincə isə, ümumiyyətlə, bu müsabiqədə yerlərin bölünməsi, qaliblərin müəyyənləşdirilməsi bir siyasətdir, bunu hamı bilir. Tək mənə agah deyil ki? Bu gün dünya müsabiqələrinin hamısı əslində siyasi mahiyyət daşıyır. Həmin müsabiqələr sənət, mədəniyyət hadisəsindən daha çox siyasi hadisə anlamı kəsb edir etməkdədir.

Sanki burada da bir oyun var. Yəni, kim, hansı ölkə qalib gəlsin deyə, ortada bir sözləşmə var. Ona görə builki "Eurovision"da  mən şəxsən Azərbaycanı, Dilarə Kazımovanı  məğlub kimi saymıram. Bizim təmsilçimiz istedadlı ifaçıdır, perspektivli gəncdir. Bir sənət adamı kimi ona da tövsiyəm odur ki, qətiyyən, üzülməsin, ruhdan düşməsin. Əsas odur ki, o müsabiqədə iştirak etdi bayrağımızı dalğalandırdı. Onun ifasında da hansısa bir qüsur yox idi ki, deyək ki, məhz həmin qüsuruna görə axırıncı yerlərdən birinə gəlib çıxdı. Yenə deyirəm, bu, bir siyasətdir, bu, mahnı yarışmasından daha çox sanki bir siyasi yarışmadır. Bununla yanaşı bizim üçün  əsas odur ki, müqəddəs üçrəngli bayrağımız bayraqlar arasında dalğalandı, bu, özü artıq qələbədir.

 

"Performansla bağlı deyilənlər bəhanədir..."

- Belə fikirlər var ki, Dilarə Kazımovanın ifası normal, peşəkar ifa olsa da, səhnə quruluşu, səhnə performansı o qədər uğurlu olmayıb...

- Mən qətiyyən, bu fikirlərlə razılaşmıram. Ona görə ki, burada ifaçılıq əsasdır  ifaçılıqda da gözə görünəcək bir qüsur yox idi. Professional ifa idi. Yəni, performansla bağlı deyilənlər bəhanədir... Onlar bu il belə istəyirdilər, elə etdilər...

"Təəssüf ki, Konçita kimiləri Azərbaycanda da var..." 

- Builki müsabiqənin qalibi - avstriyalı ifaçı Konçita Vurstla da bağlı fikirlər birmənalı deyil. Böyük əksəriyyət cinsi azlıqların nümayəndəsi olan bir ifaçının qalib seçilməsini mənfi qarşılayır, buna öz kəskin etirazlarını bildirirlər. Siz bu haqda deyərdiniz?

- Bəli, mən özüm buna biganə qalmadım. Ümumiyyətlə, ürəyimdən gələn fikirlərin hamısını deyəcəyəm. Bununla bağlı Facebookda da müxtəlif yazılara, rəylərə rast gəldim. Məsələn, orada yazanlar var idi ki, məgər Azərbaycanda belələri yoxdurmu, filan, niyə təəccüblənirsiniz? Hətta, bir xanım yazmışdı ki, Aybəniz xanım, niyə narahat olursunuz bu qədər? Məgər siz özünüz az çıxmısınız Konçita kimi müğənnilərlə səhnəyə?

Mən ona cavab olaraq yazmışdım ki, səhv edirsiniz, heç vaxt Konçita kimi ifaçı ilə səhnəyə çıxmamışam. Ən azından saqqal saxlamışam səhnəyə çıxanda,   yanımda saqqallı qadınlar olmayıb səhnədə.

Mən heç üzünü yumuram özümüzün bəzi nümunəyə zidd olan nümunəsizləri... Doğrudur, Azərbaycanda da Konçita kimiləri çox təəssüflər olsun ki, istisna deyil, belələri var. Amma bunu bu qədər təbliğ etməyin özü böyük bir günahdır səhvdir.

Səhvdir ona görə ki, o festivalın tamaşaçıları, həmin tamaşaçılar arasında da yaşların müxtəlif fərqləri var idi. 10 yaşında uşaq da baxıb, 15 yaşında uşaq da baxıb, 30 yaşında gənc baxıb, 50 yaşında yaxud, 60 yaşında, 70 yaşında ahıl da baxıb.

Yaş fərqləri müxtəlif böyük olduğu üçün bu istiqamət, bu təbliğat gənclərin yetişməsinə çox zərərlidir. Gənc baxır, deyir ki, bəli , bu formada insan çıxdı ora qalib gəldi. İndi görün qalib gəlmək o cür insana deməkdir?

Yəni, o cür insan artıq qalib gəlirsə, bu, gənclərin psixoloji durumuna böyük bir zərbədir...

Ümumiyyətlə,  aldığım məlumata görə, sən demə elə əvvəldən festivalın bünövrəsi belə qoyulub, bu müsabiqə belələri üçün yaranıb. Onun başında duran, onu, o festivalı yaradan özü o tipli insandır ki, məhz nəticədə  belə adamlara üstünlük verilir.

Şəxsən mən o festivalın rəhbəri olsaydım heç vaxt o tipli insanları qoymazdım ora. Qoymazdım, bu adamlar - Konçita tipli adamlar xəstədir. Dünyaya insan gəlişinə görə sevinməlidir.  Özü fərqi yoxdur kişisən, ya qadın. Əgər sən kişiliyinə üsyan edirsənsə mən kişi yox, arvad olmaq istəyirəm deyirsənsə Allahına bu, böyük günahdır.

Əgər bir şərtlə ki, Allah səni kişi kimi göndərib yer üzünə sən var-qüvvənlə çalışırsan ki, arvada oxşayasan, bu, mümkün deyil günahdır. Səni Allah qadın kimi yaratmayıbsa, sən arvada oxşamayacaqsan,  qadına oxşamayacaqsan. Sən qadının çox eybəcər bir formasına oxşayacaqsan...

Çox təəssüflər olsun ki, bu gün bunun - belələrinin dəstəkçiləri var. Başa düşürsünüz, əsl bəla bax, budur. Bunları bu qədər təbliğ etmək özü böyük bir səhvdir.

Ona görə ki, dünyanın davam etməsini istəyən insanlar heç vaxt belə insanları təbliğ etməzlər. Bunlar mundardırlar, bunlar əxlaqsızdırlar, bunlar mənəviyyatsızdırlar, bunlar, ümumiyyətlə, xəstədirlər. Bu tipli xəstələri bu qədər təbliğ etmək olmaz. O, böyük bir cinayətdir. 

"Eurovision" yox idi, səhər açılmırdı?" 

- Yeri gəlmişkən, qardaş Türkiyə bu ya digər səbəbləri əsas gətirərək "Eurovision"a qatılmaqdan imtina edib. Bu baxımdan, Azərbaycan da gələcəkdə  belə bir addım ata bilərmi atmalıdırmı?

- Mətbuata açıqlamamda da dediyim ki, Azərbaycan bu müsabiqədən kənara çəkilsə yaxşı olar, Azərbaycanın belə müsabiqələrə heç bir ehtiyacı yoxdur.

Azərbaycan dünyada "Eurovision"la məşhurlaşmayıb ki?!  Eləcə başqa ölkələrin özü olsun. "Eurovision" yox idi, səhərimiz açılmırdı?

"Allah-təala başımıza od tökəcək, altından çıxa bilməyəcəyik"

Bizə vacibdir ki, Konçita tipli insanlarla bir səhnədə oxuyaq? Bizə lazım deyil belə  insanlar. Şəxsən bilsəydim ki, mən həmin səhnədə oxuyacağam həmin dəqiqə bütün dünya məni tanıyacaq, dünyanın məni o formada tanımağını istəmirəm istəməzdim. Şəxsən mən o mundarla bir səhnədə oxumazdım. Mən ümumən o tipli insanları kişilərin adına böyük ləkə hesab edirəm.

Tələbələrimə həmişə fəxrlə demişəm ki, oğul kimdi, kişi kimdi, bunlar dünyanın ilk insanıdır. Ən güclü qadın belə öz atasına, yoldaşına, sevdiyinə birinci növbədə arxalanıb.

İndi  kişi dönüb arvad olmaq istəyirsə, bu, fəlakətdir,  bunun başqa adı yoxdur. Mən Quranı da oxumuşam, Bibliyanı da oxumuşam artıq oradan məlumatlıyam ki, dünyanın sonu cinsiyyət yerdəyişiklikləri baş verəndə yaxınlaşacaq. çox qorxuram ki, artıq dünyanın sonu yaxınlaşıb.

Daha çox da gənclərimizə görə qorxuram. Mən özüm pis-yaxşı gəncliyimin o gözəl illərini, aylarını, günlərini, sevincini yaşamışam. Amma çox heyf bizim bu gənclikdən. Çox heyf  bizim bu gənclikdən ki, gör kimləri görməyə məruz qalırlar.

Quranda da yazılıb ki, əgər Allah-Təala yer üzünü bu dəfə uşaqlara görə bağışlayıb. Əgər insanlar bu dəfə pis əməllərindən əl çəkməsələr, Allah-təala başımıza od yağışını tökəcək, heç altından da çıxa bilməyəcəyik. Əgər insanlar, xüsusilə, Konçita tipli insanlar özlərinə yığışmasalar, çox güman ki, Allah-təala bu dəfə  heç uşaqlara da rəhm etməyəcək. Deyəcək, elə bunlar da - doğulan uşaqlar da bunlara oxşayacaq.  Qoy elə bu dünyanı dağıdım. Vəssalam!

Ona görə biz hamımız çalışmalıyıq ki, gənc nəsilə düzgün yol göstərək. Cavanlarımızı bu bəladan xilas edək ki, onların gələcək həyatı gözəl olsun. Mən ömrümün 46 ilini yaşamışam, istəyirəm ki, heç olmasa bizim gənclər ən azı 60- 70 il yaşaya bilsinlər...

Kamil HƏMZƏOĞLU

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.