|
|
|
|

Fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə iki günlük rəsmi səfəri başlayacaq.
Bu barədə 525.az Report-a istinadən xəbər verir. Türkiyə dövlət başçısı Əmirliklərə səfərinin ikinci günündə Dubaya gedəcək və burada Ümumdünya "Expo 2020" sərgisini ziyarət edəcək.
Prezident Ərdoğanın BƏƏ və Azərbaycan pavilyonlarını da ziyarət edəcəyi gözlənilir.



