|
|
|
|
Mayın 18-də əməkdar jurnalist,qızıl qələm mükafatı laureatı,yazıçı ,publisist ,Respublika qəzetinin diaspora şöbəsinin müdiri Qədir Aslanın 70 yaşı tamam olur.
Ömrünün 50 ildən çoxunu jurnalist fəaliyyətinə həsr etmiş Qədir Aslan müxtəlif janrlarda yüzlərlə oçerk və məqalənin, Qarabağ müharibəsi və qəhrəmanlıq taiximizi özündə əks etdirən 10 kitabın müəllifidir. "Respublika" qəzetinin diaspora şöbəsinin müdiri kimi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycanlılarının birlik və həmrəylik strategiyasına öz yaradıcılıq imkanları ilə böyük töhfələr vermişdır. Bu baxımdan Ukrayna ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin inkişafına və milli diasporumuzun səmərəli fəaliyyətnə həsr etdiyi çoxsaylı məqalə və oçerklərinə görə Qədir Aslan “Qızıl Fartuna Beynəlxalq Reytinq Akademiyası”nın 2-ci dərəcəli Əmək Ordeninə layiq görülüb. Qədir Aslana 70 illlik yubileyi munasibəti ilə xoş və səmimi təbriklərini ünvanlayan akademiyanın rəhbərliyi, əməkdar jurnalistə dost və strateji müttəfiq olan Azərbaycan Ukrayna dostluğunun tərənnüm olunması naminə yorulmaz yaradıcılıq uğurları arzulayıb.
Ukrayna Millətlər Assambleyası və Ukrayna Azərbaycanlıları Konqresidə Qədir Aslanın zəngin və səmərəli yaradıcılıq fəaliyyətini ən alı mükafatları olan “Qızıl Buta “ödülü ilə dəyərləndirib. Hər iki təşkilat adından yubilyara ünvanlanan təbrik məktubunda Qədir Aslanın Ukrayna Azərbaycanlıları Konqresinin inkişafindakı xidmətləri, dost ölkədə vətənimiz naminə həyata keçirilən çoxsaylı tədbirlərin işıqlandırılmasındakı səmərəli fəaliyyəti, xüsusən də, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycan diaspora strategiyasının təbliğ olunmasındakı əsl ziyalı fədakarlığı minnətdarlıq hissi ilə ifadə olunub.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin kollektivi də yarandıqları gündən indiyidək onlara qələmindən süzülüb gələn yaradıcılıq imkanları ilə mənəvi dayaq olmuş Qədir Aslanı Ukrayna Gənclər Assambleyası ilə birgə təsis etdikləri “Qızıl Pero" nominasiyası ilə mükafatlandırıblar. Ömrünün 70-ci baharını qarşılayan Yubilyara həmişə olduğu kimi gənclik ruhunda yazıb yaratmaq uğurları arzulayıblar.
Aslanov Qədir Təyyar oğlu 1944-cü il may ayının 18 –də qədim Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. BDU-nun jurnalistika fakultəsini bitirib. 20 il “Vardenis” rayon qazetində məsul vəzifələrdə çalışıb. 1988-ci ildən Bakı şəhərində yaşayır. Hazırda Respublika qazetinin diaspora şöbəsinin müdiridir. Ondan çox kitabın,çoxsaylı oçerk və məqalə müəllifi olan Qədir Aslan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist adına layiq görülüb. Q. Aslan həmçinin müxtəlif dövrlərdə “Qızıl Qələm” və digər yüksək mükafatlarla da təltif olunub.