Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətindəzəruri tədbirlərin görülməsi davam etdirilir.
525.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qüvvələri tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhəri və Lənkəran şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.