|
|
|
|

Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xose Enrike Orenin təşəbbüsü ilə Peru Konqresində Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrik bəyanatı qəbul edilib.
525.az xəbər verir ki, sənəddə Novruzun Azərbaycanda ən sevilən bayramlardan olduğu, onun YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyi bununla yanaşı, 21 mart tarixinin 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz Günü” elan edildiyi nəzərə çatdırılır. Qeyd edilir ki, Novruz bayramı müxtəlif millətləri və mədəniyyətləri birləşdirir.
Həmçinin sənəddə bu bayramın xalqlar arasında qarşılıqlı hörmət, sülh, mehriban qonşuluq ideyaları əsasında münasibətlərin möhkəmləndirilməsində oynadığı rol qeyd olunur.
Sonda Novruz bayramı münasibətilə “qardaş Azərbaycan xalqına” səmimi təbriklər ifadə olunur.





