|
|
|
|
31 mart - 1 aprel tarixlərində keçiriləcək “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağdama səfər edib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçıları Ağdamın işğaldan azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri, minatəmizləmə əməliyyatları sahəsində işlərin gedişi ilə tanış olacaq.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbir bütün dünyada sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan mina probleminin qlobal müstəvidə müzakirəsi, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin beynəlxalq miqyasda tanıdılması, bu sahədə mövcud olan çağırış və imkanların birgə müzakirəsi məqsədilə təşkil olunub.